Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

ARDNŞ Monteneqroda istirahət mərkəzi salacaq


Azərbaycan Dövlət Neft Şirkəti Monteneqronun paytaxtı Podgoricanın 116 km cənub-qərbində yerləşən keçmiş hərbi bazanın yerində 258 milyon avroya (319 milyon dollar) istirahət mərkəzi salacaq.

Bu haqda Monteneqronun Özəlləşdirmə və Kapital Layihələr üzrə Şurasından məlumat verilib.

Məlumata görə, bu ərazi ARDNŞ-ə 90 il müddətə icarəyə veriləcək. ARDNŞ ilk 45 ilin icarə haqqını avans olaraq ödəyəcək. O cümlədə hər kvadratmetrə 1 avro və gəlirin 5 faizi.

ARDNŞ əraziyə ilk 4 ildə 52 milyon avro, ümumilikdə isə 8 il müddətinə 258 milyon avro sərmayə qoyacaq.

Ərazi 241,695 kvadratmetrdir.
XS
SM
MD
LG