Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 18:15

TQDK abituriyentlərə müraciət edib

Ümumtəhsil müəssisələrinin builki məzunlarından yalnız buraxılış imtahanlarında müvəffəq qiymət alanlar ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər.

Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Həmin şagirdlərin (abituriyentlərin) attestat qiymətləri TQDK tərəfindən onların elektron ərizə formasında avtomatik olaraq yerləşdiriləcək.

Ümumtəhsil müəssisələrini bu il başa vuran və buraxılış imtahanlarında müvəffəq qiymət alan şagird (Naxçıvan MR-da təhsil alan şagirdlər istisna olmaqla) ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermişdirsə, onun attestat qiymətlərinin təsdiqi üçün Sənəd qəbulu Komissiyasına müraciət etməsinə ehtiyac yoxdur.
This item is part of
XS
SM
MD
LG