Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:42

Vahid namizədlə bağlı mübahisələr dayandırılıb...


Mətbuat icmalı
Mətbuat icmalı
ELÇİBƏYİN SƏBƏBİ

«Yeni Müsavat» Əbülfəz Elçibəyin Heydər Əliyevi hakimiyyətə dəvət etməsinin əsl səbəbinin açıqlandığını yazır. Bunu qəzetə müsahibəsində istiqlalçı deputat İbrahim İbrahimli deyib:

«Belə qənaətə gəlindi ki, Ayaz Mütəllibovdan və Surət Hüseynovdan fərqli olaraq Heydər Əliyev Azərbaycana rus qoşunlarının gəlməsini qəbul etməyəcək, müstəqillik qorunub saxlanacaq».

O, deyib ki, Elçibəyi hakimiyyəti qoruyub saxlaya bilməməkdə ittiham edənlər öncə bir məsələni nəzərə almalıdırlar ki, o dövrdə hakimiyyəti qoruyub saxlamaq mümkün idi, ya yox.

BİR QRUP MƏMURA QARŞI SANKSİYA

«Azadlıq» qəzeti yazır ki, Avropa Birliyi 26 azərbaycanlı məmura sanksiya qoya bilər. Qəzetə müsahibəsində hüquq müdafiəçisi Leyla Yunus deyib ki, Avropa Birliyinin Azərbaycana qarşı sanksiya tətbiq etmək ideyası var və hazırda bunun mexanizmi barədə düşünülür. Bu siyahıya kimlərin düşmə ehtimalına gəldikdə Leyla Yunus deyir ki, hər şey göz qabağındadır.

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Vahid namizəd müzakirəsi İsa Qəmbər-Əli Kərimli» «müharibəsinə» start verdi».

VAHİD NAMİZƏD MƏSƏLƏSİ DAYANDIRILIB

«Bizim yol» «AXCP-dən Müsavata sərt xəbərdarlıq» edildiyini yazır. Qəzet bu xəbərdarlığın «vahid namizəd»lə bağlı olduğunu yazır. Xəbərdarlıq AXCP sədrinin müavini Asəf Quliyev gəlib. «2013-cü ilin yazına qədər vahid namizəd məsələsinə dair müzakirə və mübahisələr dayandırılıb».

BAĞÇALARA XÜSUSİ QABLARDA TOYUQ VERİLƏCƏK

«Azərbaycan» qəzeti yazır ki, Bakıdakı dövlət tabeliyində olan uşaq bağçaları və uşaq evləri pulsuz toyuq əti ilə təmin olunacaq. Bağçalara verilən toyuqların satışa çıxarılmasının qarşısını almaq üçün onlar xüsusi qablara yığılacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG