ATƏT-in Baş katibi Lamberto Zannier gələn həftə Azərbaycan, Gürcüstan və Ermənistana səfərə gələcək. Bu barədə ATƏT-dən yayılan rəsmi xəbərdə deyilir ki, Zannier hər 3 ölkənin prezidentləri, siyasi partiyaların rəhbərləri və vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcək.
Lamberto Zannier İyulun 8-i və 9-da Bakıda, iyulun 10-u və 11-də Tbilisi və Batumidə olacaq, ondan sonra isə iki gün Yerevanda görüşlər keçirəcək.
ATƏT bildirir ki, Baş Katib Zannier yüksək səviyyəli rəsmilərlə görüşlərində siyasi-hərbi, iqtisadi əməkdaşlıq məsələlərini, ətraf mühit problemlərini müzakirə edəcək.
Baş Katib hər 3 ölkədə səfərinin yekunlarına dair mətbuat konfransı keçirəcək.