Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:56

Təhsil işçilərini 700 min manatı mənimsəməkdə günahlandırırlar


Arxiv foto
Arxiv foto

Bakı şəhər Təhsil İdarəsinin bir qrup əməkdaşı külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirləndirilir.

Onların 2010-2012-ci illərdə 695000 manatdan çox dövlət vəsaitini mənimsədikləri bildirilir.

Bu barədə Baş prokurorluq iyulun 5-də məlumat yayıb.

Məlumatda deyilir ki, Bakı şəhər Təhsil İdarəsinin Binəqədi-Nəsimi xidmət bölməsinin bir qrup məsul şəxsi müxtəlif adamları məktəbin işçiləri kimi qeydiyyatdan keçirərək onlar üçün hesablanmış əmək haqlarını mənimsəyiblər.

Fakt üzrə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

İttiham sübut olunsa, onlar əmlakları müsadirə edilməklə 7 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Təqsirləndirilən şəxslərin bu ittihamları qəbul edib-etmədiyi isə hələ ki, ictimaiyyətə bəlli deyil.
XS
SM
MD
LG