Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:30

Ilk NATO maşınları Pakistandan Əfqanıstana keçdi


Pakistan Əfqanıstana gedən yolu yenidən NATO qüvvələri üçün açıb və iyunun 5-də ilk yük maşınları sərhədi keçib.

Pakistan yolu 7 ay qabaq bağlamışdı. Buna Əfqanıstanda missiya həyata keçirən Amerika təyyarələrinin hava zərbələrinin 24 pakistanlı sərhədçini öldürməsi səbəb olmuşdu.

Pakistan buna görə Amerikanın üzr istəməsini tələb edirdi. Bu günlərdə ABŞ Dövlət Katibi Hillari Klinton belə bir üzrxahlığı bildirib.

Yolun bağlanmasına görə, NATO Əfqanıstana yük daşınmaları üçün daha baha başa gələn post-sovet marşrutundan istifadə edirdi.
XS
SM
MD
LG