Keçid linkləri

2026, 07 Oktyabr, çərşənbə, Bakı vaxtı 16:13

Yunanıstanın yeni hökuməti borc şərtlərini yumşaltmağa çalışır

Yunanıstanın yeni baş naziri Antonis
Samaras Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan gələn auditorlarla danışıqlara başlayıb.

Samaras 17 iyun seçkilərini udaraq koalisyon hökumət qurub. O, seçicilərinə vəd etmişdi ki, Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan aldıqları 130 milyard avroluq 2-ci borc tranşının şərtlərinə yenidən baxacaq.

Borc Yunanıstana çox ağır şərtlərlə verilib və dövlət sektorunda kütləvi ixtisarlar edilməsi nəzərdə tutulur.

Belə ixtisarlar son illərdə Yunanıstanda kütləvi iğtişaşlara səbəb olub.
This item is part of
XS
SM
MD
LG