Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 08:02

Kipr Rusiyadan da borc almağı planlaşdırır


Kipr hökuməti bildirib ki, Rusiyadan kredit almaq planında qəbahətli bir şey yoxdur.

Kipr maliyyə böhranı ilə üzləşdiyi üçün bundan qabaq Avropa Birliyinə də borc üçün müraciət etmişdi.

Kipr prezidenti Dimitis Xristofias deyib ki, Rusiya dost ölkə, strateji tərəfdaşdır və ondan borc almağa görə kimdənsə üzr istəməli deyil.

Bir çox kiprlilər düşünürlər ki, əgər Yunanıstan kimi yalnız Avropa Birliyindən borc alınsa, bunun qarşılığında şərt kimi dövlət idarələrində kütləvi ixtisarlar tələbi qoyula bilər.
XS
SM
MD
LG