Keçid linkləri

Təcili xəbərlər
2022, 09 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:27

Orta məktəblərdə 3000-dən çox müəllimə ehtiyac var


Misir Mərdanov
-
«Azərbaycanın orta məktəblərində 3000-dən çox müəllimə ehtiyac var. Onların 90 faizi rayon məktəblərinin payına düşür».

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

Nazir deyib ki, ölkədə ən çox coğrafiya müəllimlərinə ehtiyac duyulur:

«Artıq növbəti tədris ili üçün müəllimlərin işə qəbulu məqsədilə sənəd qəbuluna başlanılıb. Müəllimlərin işə qəbulu elan edilmiş qaydalara əsasən həyata keçiriləcək».

Nazir bu yaxınlarda İtaliya, Litvaya etdiyi səfəri barədə də məlumat verib. M.Mərdanov deyib ki, səfərinin məqsədi həmin ölkələrin təhsil sistemi, orada həyata keçirilən islahatlarla tanış olmaq, onların nailiyyətlərini Azərbaycanın təhsil sistemində tətbiq etməkdir:

«İtaliya, Litvada, ümumiyyətlə, Avropa Birliyinə üzv ölkələrdə təhsilə dövlət büdcəsindən ayrılan vəsait, müəllimlərin əməkhaqqı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Bu vəsaitlər Azərbaycanla müqayisə oluna bilməz».
XS
SM
MD
LG