Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:53

İranın Azərbaycandakı səfiri gedir


Prezident İlham Əliyev iyulun 4-də İran İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

AzərTAc-ın məlumatına görə, dövlət başçısı Məhəmmədbağır Bəhramiyə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG