Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:35

Azad Rəhimov: «Artıq gənclər çayxanada deyil, «Gənclər evi»ndə toplanacaq»


Azad Rəhimov
Azad Rəhimov
«Gənclər Fondunun fəaliyyəti gənclərin inkişafına təkan olacaq».

APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərlə görüşündə deyib. O bildirib ki, bu gün Azərbaycanda 13 «Gənclər evi» tikilib və hazırda regionlarda 10 «Gənclər evi» inşa edilir: «Artıq gənclər çayxanada deyil, «Gənclər evi»ndə toplanacaq. Orada həm kitabxana, həm əyləncə mərkəzləri, həm də diskotekalar təşkil olunacaq».

Nazir qeyd edib ki, «İşğal altında» kompüter oyunu bu yaxınlarda təqdim olunub. Həmin oyun vasitəsilə gənclər kompüter qrafikası ilə virtual olaraq Şuşanı işğaldan azad edə bilərlər.

A. Rəhimov gənclərlə bağlı televiziya kanallarında 4 yeni proqram hazırlandığını da söyləyib.
XS
SM
MD
LG