Keçid linkləri

2025, 13 Avqust, çərşənbə, Bakı vaxtı 23:24

Gürcüstanda 70 nəfər xlor sızmasından zəhərlənib


Gürcüstanın Tbilisi şəhəri ətrafında xlor sızmasından zəhərlənənlərin sayı 70 nəfərə çatıb. Onların çoxu ətrafda yaşayan adamlardır. Bundan əvvəl 56 nəfərin xəstəxanalarına çatdırıldığı haqqında məlumat verilmişdi.

Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır. O, astma xəstəliyindən əziyyət çəkirmiş.

Prezident Mixeil Saakaşvili və səhiyyə naziri Zurab Ciaberaşvili xəstəxanada zərərçəkənlərə baş çəkib.

Xlor sızıntısı iyulun 4-də gecə Lilo qəsəbəsində özəl şirkətlərdən birində baş verib.
XS
SM
MD
LG