Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:56

Qazaxıstanda həbsdə olan müxalifətçi rejissor azad olunub


Qazaxıstanda Aktau şəhərindəki həbsxanada saxlanan müxalifətçi rejissor Bolat Atabaev azad olunub. O indi istintaqda ittiham olunan kimi yox, şahid kimi dindiriləcək.

Atabaev Janozen şəhərində baş vermiş toqquşmalara görə ittiham olunurdu. O, mart ayında bu hadisələri əks etdirən tamaşa hazırlamışdı. İyunun 15-də isə həbs olunmuşdu.

Dekabr ayında Janozen şəhərində neftçilərlə polislər arasında baş vermiş toqquşmada 16 nəfər aksiya iştirakçısı öldürülmüşdü.

Almaniya Bolat Atabaevi Gete medalı ilə təltif edib. Təqdimat mərasimi avqust ayında keçiriləcək.
XS
SM
MD
LG