Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Buraxılış imtahanında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün imtahan keçirilir


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın 13 şəhər və rayonunda - Bakı, Gəncə, Tovuz, Sumqayıt, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran Masallı və Xaçmazda buraxılış imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda üzrlü səbəbdən (səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi) TQDK tərəfindən keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər iştirak edir.

Buraxılış imtahanlarında ümumilikdə 4529 (4382 XI sinif şagirdi , 147 nəfər isə IX sinif şagirdi) şagirdin iştirakı gözlənilir.
XS
SM
MD
LG