Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:02

Myanmarda daha 46 siyasi məhbus azad edilib


Onlardan 20-si siyasi motivlərlə həbs edilmişdi.

Müxalifət lideri Aun San Suu Kyi bütün dissidentləri azad etməyə çağırıb.

O bildirib ki, hazırda ölkədə 330 siyasi məhbus var.

Həmçinin Avropa Birliyi ilə Birləşmiş Ştatlar Myanmar hakimiyyətini bütün siyasi məhbusları azad etməyə çağırırlar.

Human Rights Watch təşkilatı ölkədə aparılan islahatlar çərçivəsində indiyədək azı 659
məhbusun azad edildiyini bildirir.

Qərb ölkələri buna görə, Myanmar hökumətinə qarşı tətbiq etdiyi bir sıra sanksiyaları aradan qaldırıb.
XS
SM
MD
LG