Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:35

İlham Əliyev Barak Obamanı təbrik edib


Foto arxiv
Foto arxiv
Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obama və ABŞ xalqını Müstəqillik günü münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:

“Biz Azərbaycanın ABŞ-la münasibətlərinə böyük əhəmiyyət veririk.
Bu baxımdan siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin müvəffəqiyyətlə inkişaf etməsi, daim genişlənməsi məmnunluq doğurur.
Bu gün Azərbaycan ilə Birləşmiş Ştatları bir sıra sahələrdə strateji tərəfdaşlıq münasibətləri birləşdirir.
Biz bundan sonra da enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə sahəsində birgə səylərimizi davam etdirmək, dünyanın ən qaynar nöqtələrində sabitliyin təmin edilməsi işinə töhfələr vermək əzmindəyik”.

Məktubda daha sonra deyilir ki, biz ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə, tezliklə və ədalətli həlli üçün göstərdiyi səylərə böyük ümidlər bəsləyir və belə bir əlamətdar gündə dost Amerika xalqına sülh və rifah diləyirəm.
XS
SM
MD
LG