Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:59

Kosovo bu ilin sentyabrında tam suveren olacaq


Kosovo bu ilin sentyabrında tam milli suverenlik qazanacaq.

Belə bir qərar bu gün Vyanada keçirilmiş iclasda qəbul edilib.

Beləliklə sentyabrdan Kosovoya nəzarət edən beynəlxalq missiyanın fəaliyyəti sona yetəcək.

İclasda iştirak edən Kosovonun baş naziri Hashim Taçi bunu tarixi qərar adlandırıb.

Hazırda Kosovoya nəzarət edən beynəlxalq qrupa 23 Avropa ölkəsi, ABŞ və Türkiyə daxildir.

Serbiya ehtiyat edir ki, beynəlxalq heyətin Kosovodan çıxarılması yerli serb icmasının vəziyyətini pisləşdirə bilər.

Kosovo 2008-ci ildən müstəqilliyini bəyan edib.
XS
SM
MD
LG