Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Tanınmış şirkətin əməkdaşları korrupsiyada ittiham olunur


Baş Prokurorluğun ofisi.
Baş Prokurorluğun ofisi.
-

«Veysəloğlu» Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları barəsində cinayət işi başlanıb.

Bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Şirkət əməkdaşlarının hesablarında külli miqdarda çatışmazlıq aşkar edilib. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edilib.

Aparılmış audit yoxlaması ilə Cəmiyyətin satış təmsilçiləri Əliyev İlqarın həmin vəzifədə işlədiyi müddət ərzində hesabında 9098 manat, Vəliyev Şamilin hesabında 9525 manat, Həşimov Fuadın hesabında 5773 manat və Mahmudov Elvinin hesabında 14 648 manat – cəmi 39042 manat çatışmazlıq aşkar edilib. Bununla da müəssisənin qanunla qorunan mənafeyinə külli miqdarda ziyan vurulub.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. İttiham sübuta yetirilsə, təqsirləndirilən şəxsləri 7 ildən 12 ilədək həbs cəzası gözləyir. Hələlik şirkətin vəkilləri, ya da ittiham olunan şəxslərin yaxınlarının bu ittihamlarla bağlı hər hansı reaksiyası məlum deyil.

«Veysəloğlu» müxtəlif xarici ölkələrdən Azərbaycana ərzaq mallarının gətirilib satılması ilə məşğul olan ticarət holdinqidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG