Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:33

Rusiyada xaricdən qrant alınması çətinləşdirilə bilər


Rusiyanın Dövlət Duması cümə günü qeyri-komersiya təşkilatlarının xaricdən qrant almasını çətinləşdirən qanun layihəsinə baxacaq.

Bu barədə bazar ertəsi “Vahid Rusiya” fraksiyasının lideri Andrey Vorovyov məlumat verib.

Düzəlişə görə xaricdən qarant alan və siyasi fəaliyyətlə məşğul olan bu cür təşkilatlar “xarici agent” hesab olunacaq.

Bu cür təşkilatlar fəaliyyətləri barədə vaxtaşırı hesabat verməli olacaqlar.
XS
SM
MD
LG