Keçid linkləri

2026, 02 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:15

«Fənərbaxça»nın prezidenti azadlığa buraxılıb

Türkiyədə danışılmış oyunlarla bağlı məhkəmə qərarı elan olunub.

«Fənərbaxça» klubunun prezidenti Aziz Yıldırım mütəşəkkil dəstə yaratma ittihamı ilə 2 il 6 ay, danışılmış oyunların təşkili ittihamı ilə isə 3 il 9 ay həbs və 1 milyon lirə (500 min manat) cərimə ilə cəzalandırılıb.

«Fənərbaxça»nın vitse-prezidenti İlhan, Ekşioğlu, menecer Yusif Turanlı, «Giresunspor» Futbol Klubunun prezidenti Olgun Peker və digərləri də müxtəlif müddətə həbs cəzası alıblar.

Ancaq onların hamısı Ali Məhkəmənin qərarına qədər sərbəst buraxılıblar.

Aziz Yıldırım 2011-ci ilin iyulunda həbs olunmuşdu.
This item is part of
XS
SM
MD
LG