Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 12:28
Türkiyədə danışılmış oyunlarla bağlı məhkəmə qərarı elan olunub.

«Fənərbaxça» klubunun prezidenti Aziz Yıldırım mütəşəkkil dəstə yaratma ittihamı ilə 2 il 6 ay, danışılmış oyunların təşkili ittihamı ilə isə 3 il 9 ay həbs və 1 milyon lirə (500 min manat) cərimə ilə cəzalandırılıb.

«Fənərbaxça»nın vitse-prezidenti İlhan Ekşioğlu, menecer Yusif Turanlı, «Giresunspor» Futbol Klubunun prezidenti Olgun Peker və digərləri də müxtəlif müddətə həbs cəzası alıblar.

Ancaq onların hamısı Ali Məhkəmənin qərarına qədər sərbəst buraxılıblar.

Əziz Yıldırım 2011-ci ilin iyulunda həbs olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG