Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:23

Əli Həsənov: «QHT-lərin problemləri dövlət başçısını, hakimiyyət orqanlarını narahat edir»


Əli Həsənov
Əli Həsənov
«QHT-ləri narahat edən problemlər eyni zamanda dövləti, dövlət başçısını, hakimiyyət orqanlarını narahat edir». Bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

İyulun 2-də «Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu» adlı tədbirdə.

Tədbiri giriş sözüylə açan Əli Həsənov söyləyib:

«Bugünkü görüş sözün həqiqi mənasında tam şəffaf, səmimi bir şəraitdə keçiriləcək. Bu sahədə Azərbaycanın ictimai həyatında, sosial sahədə ictimai əhəmiyyət kəsb edən və QHT-lərin hansısa şəkildə fəaliyyətinə aid olan bütün məsələləri açıq və şəffaf müzakirə etməyə hazırıq».

Əli Həsənov deyib ki, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir: «Biz iqtisadi uğurlarımızı, Azərbaycanın dinamik inkişafını siyasi islahatlarsız, vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik».

Əli Həsənov deyib ki, vətəndaş cəmiyyəti resursları, QHT-lər ayrı-ayrı fəal vətəndaşların təşəbbüslərini reallaşdıran bir institutdur.

«İctimai davranış normalarını müəyyən edən və onun həyata keçirilməsini təlqin edən institutlardır, bu səbəbdən biz dövlət olaraq QHT-ləri özümüzə tərəfdaş görürük. QHT-lərin məşğul olduğu sahə onların fəaliyyətinin əsasını təşkil edən ictimai, siyasi, sosial, mədəni, həyatın müxtəlif sahələri, eyni zamanda dövlət siyasətinin prioritetlərini təşkil edir».

Prezident Administrasiyasının rəsmisi bildirib ki, bu görüşü formal görüş kimi görmür.

Onun sözlərinə görə, QHT-lərin səsləndirdiyi təkliflər təhlil olunacaq. Və həmin təkliflər ümumiləşdirilmiş şəkildə vətəndaş cəmiyyəti institutları ilə gələcək əlaqələrin strategiyasını müəyyən edəcək: «QHT-ləri narahat edən problemlər eyni zamanda dövləti, dövlət başçısını, hakimiyyət orqanlarını narahat edir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG