Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 08:40

«Beşbarmaq» pirində 21 nəfər köməksiz qalıb


Arxiv foto
İyulun 1-i Siyəzən rayonu, Beşbarmaq ziyarətgahı adlanan ərazidə «Daewoo» markalı sərnişin avtobusu sürüşüb yoldan çıxıb.

İçərisində olan 21 nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Nazirliyin yanğın-xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə vətəndaşları dağdan endirib və Bakı şəhərinə yola salıblar.

Əməliyyat saat 00:20-də başa çatıb.

Xəbəri FHN-nin internet səhifəsi yayıb.

Şərhlər (10)

Bu forum dayandırılıb
XS
SM
MD
LG