Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Liviyada gedən etnik toqquşmalarda azı 47 adam ölüb


Son 3 gün ərzində Liviyanın Kufa şəhərində baş verən qəbilə toqquşmalarında azı 47 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Bu barədə France-Presse agentliyi xəbər verir.

Qəbilə liderlərindən biri Hussain Sakenin sözlərinə görə, Tubu qəbiləsinin yaşadığı ərazilər hələ də atəşə tutulur.

Liviyanın cənubu, habelə Çad,Sudan və Nigeriyada yaşayan Tubu qəbiləsinin üzvləri, keçmiş dikdator Muammar Qaddafinin hakimiyyəti dövründə daima ayrı-seçkiliyə məruz qalırdı.

Qəbilə liderləri yeni hakimiyyətin də onlara qarşı eyni siyasət yeüritdiyini deyirlər.
XS
SM
MD
LG