Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 04:01

İsrail yeni Misir prezidentini təbrik edib


 Benjamin Netanyahu
Benjamin Netanyahu
İsrail prezidenti Shimon Peress və baş naziri Benjamin Netanyahu Misirin yeni prezidenti Mohammad Morsini təbrik ediblər.

İsrail mətbuatının yazdığına görə hər iki liderin təbrik məktubunda iki ölkə arasında sülhün və indiyədək mövcud olan razılaşmaların qorunub saxlanmasının vacibliyi qeyd olunur.

Morsi andiçmə mərasimindən sonra çıxışında 1979-cu ildə İsraillə imzalanmış sülh müqaviləsinə sadiq qalmağa hazır olduğunu bəyan edib.

Amma eyni zamanda rəhbərlik etdiyi hökumətin Fələstinə dəstək olacağını bildirib.

Mohammad Morsi “Müsəlman qardaşları” hərəkatının nümayəndəsidir.

Bu yaxınlkarda ölkədə keçirilmiş parlament seçkilərində də onun partiyası yerlərin çoxunu qazanmışdı.

Amma prezident seçkisinədək ölkəni idarə edən Ali hərbi şura pozuntulara görə parlamenti buraxdı.

Bu seçkilər keçmiş prezident Hosni Mubarakın devrilməsindən sonra ölkədə keçirilən ilk seçkilərdir.
XS
SM
MD
LG