Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 02:09

İsrail liderləri yeni Misir prezidentini təbrik ediblər


İsrail prezidenti Shimon Peress və baş naziri Benjamin Netanyahu Misirin yeni prezidenti Mohammad Morsini təbrik ediblər.

İsrail mətbuatının yazdığına görə hər iki liderin təbrik məktubunda iki ölkə arasında sülhün və indiyədək mövcud olan razılaşmaların qorunub saxlanmasının vacibliyi qeyd olunur.

Morsi andiçmə mərasimindən sonra çıxışında 1979-cu ildə İsraillə imzalanmış sülh müqaviləsinə sadiq qalmağa hazır olduğunu bəyan edib.

Prezident eyni zamanda onun hökumətinin Fələstinə dəstək olacağını bildirib.
XS
SM
MD
LG