Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:44

ABŞ AB-nin sammitində razılaşma əldə olunmasını alqışlayıb

Birləşmiş Ştatlar Avropa Birliyinin Brüssel sammitində razılaşma əldə olunmasını alqışlayıb.

Razılaşmaya görə, Avropa Maliyyə Sabitlik Fondundakı vəsaitlər birbaşa böhrandan əziyyət çəkən bankların kapitallaşdırılmasının artırılmasına sərf oluna bilər.

Liderlər həmçinin hərtərəfli pul ittifaqı yaradılması və Avropanın siyasi birliyinin möhkəmləndirilməsi istiqamətində işə başlamaq razılığına gəliblər.

Ağ evin yaydığı bəyanatda deyilir ki, Birləşmiş Ştatlar Avropa ölkələrinin iqtisadi böhrandan çıxması və avrozonanın qorunması istiqamətində tədbirlər görməsində maraqlıdır.
This item is part of
XS
SM
MD
LG