Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:55

Sosial demokratların 2 yox, 1 sədri olacaq


Azərbaycan Sosial Demokratlar Partiyasında (ASDP) həmsədrlik institutu ləğv edilib.

Partiyada müavinlərin sayı da 8-dən 4-ə endirilib.

Bu qərarlar ASDP-nin iyunun 30-da keçirilən 12-ci qurultayında qəbul olunub.

Mövcud həmsədrlərdən Araz Əlizadə AzadlıqRadiosuna deyib ki, qurultay adından Ukrayna prezidentinə siyasi məhbusların azad olunması üçün müraciət də ünvanlanıb:

«Biz müraciət etdik ki, Ukraynadakı siyasi məhbuslar azad olunsun və onlara seçkilərdə iştirak üçün imkan yaradılsın. Qurultaydakı bütün qonaqlar bu müraciəti imzaladılar».

ASDP-nin qurultayında Macarıstan, Ukrayna, Rusiya, Moldova, Gürcüstan və Gürcüstan sosial demokratlarının nümayəndələri iştirak edir.

İndiyə qədər ASDP-yə Rusiyada mühacirətdə olan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovla Araz Əlizadə həmsədrlik edib. Moskvadan qurultay iştirakçılarına telefonla müraciət edən Ayaz Mütəllibov partiyanın həmsədrliyindən və siyasətdən getdiyini deyib. O, Azərbaycanda eks-prezidentlər haqqında qanunun qəbul olunmasından sonra belə qərara gəldiyini bildirib.
XS
SM
MD
LG