Keçid linkləri

2026, 30 May, şənbə, Bakı vaxtı 15:09

Misir prezidenti rəsmi fəaliyyətə başlayır

Misirin prezidenti seçilmiş Mohammed Morsi bu gündən rəsmi fəaliyyətə başlayır.

Andiçmə mərasimindən sonra prezident ölkəni idarə edən ali hərbi şuranın üzvlərilə görüşməlidir.

Keçmiş prezident Hosni Mubarak ötən ilin fevralında devrildikdən sonra ölkəni hərbi şura idarə edir.

Amma hərbi şuranın hakimiyyəti prezidentə verdikdən sonra da ölkədə böyük nüvuzu olacaq və səlahiyyətləri yalnız yeni ölkə konstitusiyası müəyyən edəcək.

Morsi “Müsəlman qardaşları” hərəkatının nümayəndəsidir.

O tərəfdarları qarşısında çıxış edərkən ölkəni qanunla idarə edəcəyini və xalqa arxalanacağını deyib.
This item is part of
XS
SM
MD
LG