Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:34

ABŞ-da meşələr yanır


Birləşmiş Ştatların Kolorado ştatında meşə yanğınında ölənlərinn sayı 2-ə çatıb.

Ən çox ziyan 400 min sakini olan Kolorado-Sprinqs şəhərinə dəyib.

Təkcə bu şəhərdə 350-ə yaxın ev yanıb, 30 mindən çox adam köçürülüb.

Onların çoxu çadır düşərgəsində yerləşdirilib.

Prezident Barack Obama təbii fəlakət zonası və düşərgəyə baş çəkib.

Yanğın Yuta, Montana və Kaliforniya ştatlarını da bürüyüb.

Federal Təhqiqatlar bürosu yanğının səbəbini araşdırır.
XS
SM
MD
LG