Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 16:16

İsmayıl Ömərov: “Fəzail Ağamalı bizi tərifləsəydi, onda insanların gözündən düşərdik”


İsmayıl Ömərov
İsmayıl Ömərov
Milli Məclisin bu gün keçirilən iclasında “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklərlə bağlı müzakirələrdə deputat Fəzail Ağamalı İctimai Teleradio şirkətini ittiham edən fikirlər səsləndirib.

O, qurumun rəhbərini diktator adlandırıb.

Məsələ ilə bağlı Modern.az İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərova müraciət edib.

İ.Ömərov saytımıza bildirib ki, bu məsələ ilk növbədə dil problemi ilə bağlıdır:

“Bu gün cəmiyyətimizdə dilimizin saflığını, əlvanlığını qorumaq üçün diskussiyalar gedir. Biz də İctimai Teleradio olaraq, Ana dilimizin saflığını qorumaq üçün əlimizdən gələni edirik. Fəzail Ağamalı bizim dilimizi hələ də öyrənmədiyindən görünür verilişlərin ruhunu yaxşı duya bilmir. Elə Milli Məclisin bugünkü iclasında "ictimai" sözünü tələffüz edə bilməməsi onun dil probleminin konkret təsdiqi idi.

Diktatura məsələsinə gəldikdə isə, az-çox savadı olan insanlara aydındır ki, bu sözün teleradio şirkəti ilə heç bir əlaqəsi, aidiyyatı ola bilməz. Çünki diktatura başqa yönümlü təşkilatlara, hakimiyyətlərə ünvanlanmış ifadədir. Hesab edirəm ki, bu da dil problemi ilə bağlıdır. İfadə tapa bilməyəndə bir az çətin olur. Eyni zamanda, burada psixoloji problem də var. Daim onun-bunun qanadı altında yaşayan, az qala günəşi belə görə bilməyən, kölgədə kimlərinsə himayəsi ilə baş girləyənlər bizim müstəqil addımlarımızı, demokratik, əsl vətəndaş institutu yaratmaq istəyimizi az qala diktatura kimi görürlərsə, bu, onların özlərinin təsəvvürlərinin, psixologiyasının problemidir.

Qeyd edim ki, Fəzail Ağamalı bizi tərifləsəydi, onda cəmiyyətin, insanların gözündən düşərdik. Şükür belə olmadı”.

Modern.az
XS
SM
MD
LG