Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

«Həmkarlar İttifaqları haqqında» qanuna dəyişikliklər olub


Milli Məclis «Həmkarlar İttifaqları haqqında» qanuna dəyişikliklər də qəbul edilib.

Dəyişikliyə görə, mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əmək haqlarından Həmkarlar İttifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə tutulmasını təmin edir. Qəbul edilən sənəd üzvlük haqlarının 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına keçirilməsini nəzərdə tutur.

Millət vəkili, ARDNŞ-in «Azərkimya» İstehsalat Birliyinin prezidenti Muxtar Babayev 4 iş günü məsələsinə etiraz edib. O, vaxtın uzadılmasını istəyib.

Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev isə bunu əsaslı saymayıb:

«Siz bu sistemdə təzəsiniz. Sizdən əvvəlki rəhbərlik dövründə «Azərkimya»nın həmkarlara 500 min manat borcu olub. Bəzi üzdəniraq təşkilat rəhbərləri var ki, onların təşkilatlarında 30 min, 50 min vəsait toplanıb, ancaq köçürmə etməyiblər. Yoxlamalar zamanı bu pulun hara getdiyi məlum olmayıb. Ona görə də 4 gün ərzində köçürmə beynəlxalq standartlara uyğundur» deyə Səttar Mehbalıyev bildirib.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
XS
SM
MD
LG