Keçid linkləri

2017, 28 May, bazar, Bakı vaxtı 03:11

Ermənistan xarici işlər naziri Qarabağa gedib


Edward Nalbandian Qarabağda separatçı rejimin prezidenti Bako Sahakyan'la görüşüb
Ermənistan Xarici İşlər naziri Edward Nalbandian Qarabağda separatçı rejimin prezidenti Bako Sahakyan'la görüşüb.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Xankəndində keçirilən görüşdə Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub. Nalbandian Sahakyan'a iyunun 18-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrləri və Azərbaycanın xarici işlər naziri ilə keçirdiyi görüşün nəticələri barədə məlumat verib.

«Armenpress» agentliyinin sualına cavabında Edward Nalbandian deyib ki, Dağlıq Qarabağ münaqişəsi Bako Sahakyan'ın rəhbərlik etdiyi qurumun iştirakı olmadan həll oluna bilməz:

«Dağlıq Qarabağın iştirakı olmadan problemin həlli mümkün deyil. Hələ Kazan sammitindən əvvəl biz demişdik ki, Dağlıq Qarabağın razılığı olmadan əsas prinsiplər birdəfəlik razılaşdırılmış hesab oluna bilməz. Dağlıq Qarabağın iştirakı olmadan əsas prinsiplərin razılaşdırılması və ondan sonra dinc sazişin işlənməsi mümkün deyil».

Nalbandian deyib ki,

«ATƏT-in Minsk qrupunun həmsədrləri də Dağlıq Qarabağ rəhbərliyi ilə mütəmadi məsləhətləşmələr keçirir. 10 gündən sonra həmsədrlər regiona növbəti səfərlərində Stepanakertə (Xankəndi – red.) də gələcəklər».

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG