Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Clintonla Lavrov Suriyanı müzakirə edəcək


Bu gün Sankt-Peterburqda ABŞ dövlət katibi Hillary Clintonla Rusiyanın xarici işlə naziri Sergey Lavrov görüşür. Danışıqlar axşam saatlarında başlayacaq. Danışıqların əsas mövzusu Suriya olacaq.

BMT-nin Suriyadakı xüsusi nümayəndəsi Kofi Annan Suriya hakimiyyətinə ölkədəki zorakılıqlara son qoyulması üçün milli birlik hökuməti yaratmağı təklif edib. Annan bildirib ki, bu hökumətin tərkibində indiki rejimin tərəfdarları ilə müxalifət təmsil oluna bilər.

Hillary Clinton deyib ki, müvəqqəti hökumətdə Bashar Assad olmamalıdır. Lavrov isə bildirib ki, müvəqqəti hökumətdə kimlərin olmasını, Assadin olub-olmamasını suriyalılar öz aralarındakı dialoqla müəyyənləşdirməlidir.

İyunun 30-da Cenevrədə Kofi Annanın təşəbbüsü ilə Suriyadakı vəziyyətlə bağlı beynəlxalq konfrans keçiriləcək.
XS
SM
MD
LG