Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:04

Bakıda Crans Montana illik forumunun rəsmi açılışı olub


Arxiv foto:
Arxiv foto:
İyunun 29-u Bakıda, Heydər Əliyev Mərkəzində 23-cü Crans Montana illik forumunun rəsmi açılışı olub. Prezident İlham Əliyev də açılış mərasimində iştirak edib.

İyunun 29-da başlanan plenar sessiyalarda iştirakçılar yoxsulluğa qarşı mübarizə, Şərqi Avropanın enerji təhlükəsizliyi, regional münaqişələrin enerji siyasətinə təsiri, Azərbaycana sərmayə qoyuluşu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin problem və perspektivləri, turizm və bu sahədə əməkdaşlıq məsələlərinin müzakirəsinə başlanıb.

Forumda Gürcüstan prezidenti Mikheil Saakashvili, Makedoniya prezidenti Gjorge Ivanov, Monteneqro prezidenti Filip Vujanovic, Birləşmiş Ərəb Əmirliklərinin şahzadəsi Sheikh Mohammed bin Hamad bin Mohammed Al Sharqi, bir sıra dövlətlərin hökumət başçıları və hökumət üzvləri iştirak edir. İştirakçılar arasında Nigeriya, Gürcüstan, Montenegro və Makedoniyanın birinci lediləri də var.

MEHRİBAN ƏLİYEVA GİRİŞ NİTQİ SÖYLƏYƏCƏK

Bu gün forum çərçivəsində UNESCO və İSESCO-nun əməkdaşlığı ilə xüsusi sessiyanın keçirilməsi də nəzərə tutulur. Sessiyada Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva giriş nitqi söyləyəcək.

Sabah keçiriləcək plenar sessiyalarda iştirakçılar Afrika, Cənubi Sudan problemlərini, ərəb dünyasında dəyişikliklərin beynəlxalq münasibətlərə təsiri, enerji marşrutları, geosiyasət və milli siyasət məsələlərini müzakirə olunacaq.

Crans Montana Forumu 1986-cı ildə İsveçrənin Crans Montana şəhərində təsis olunan beynəlxalq təşkilatdır. Crans Montana Forumu ilk toplantısı 1989-cu ildə keçirilib.

İyunun 28-dən başlanan forum iyulun 1-də sona çatacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG