Keçid linkləri

Təcili xəbərlər
2023, 23 Sentyabr, şənbə, Bakı vaxtı 15:55

Respublikaçılar səhiyyə haqqında qanunun ləğvinə çalışır


ABŞ Konqresinin nümayəndələr palatası iyulun 11-də səhiyyə haqqında qanunun ləğviylə bağlı səsvermə keçirəcək.

Respublikaçılar partiyasından prezidentliyə gələcək namizəd Mitt Romney qalib gələcəyi halda qanunu ləğv edəcəyini vəd edib.

Ali məhkəmə cümə axşamı qanunun konstitusiyaya zidd olmaması barədə qərar qəbul edib.

Prezident Barack Obama məhkəmənin qararını qələbə adlandırıb.

Barack Obamanın 2010-cu ildə imzaladığı qanuna görə vətəndaşların hamısı tibbi sığorta olunmalıdır.

Əks halda onları cərimə gözləyir.

Qanunun əlehdarları bunun ticarət azadlığına zidd olduğunu deyirlər.
XS
SM
MD
LG