Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:09

Britaniya polisi Julian Assangeni polis idarəsinə çağırıb


Britaniya polisi cümə axşamı Wikileaks saytının banisi Julian Assangeyə könüllü polis idarəsinə gəlməyi təklif edib.

Britaniyanın ali məhkəməsi bu yaxınlarda onun seksual zorakılıqda ittiham olunduğu İsveçə verilməsi barədə qərar qəbul edib.

Assange isə iyunun 19-da Ekvador səfirliyinə girərək bu ölkədən siyasi sığınacaq istəyib və hazırda səfirlikdədir.

Assange məsələnin siyasi motivli olduğunu deyir.

Wikileaks saytının ABŞ və digər dünya ölkələri barədə məxfi sənədlər yayması dünyada böyük qalmaqala səbəb olub.

ABŞ-da isə o casusluqda ittiham oluna bilər.
XS
SM
MD
LG