Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:48

İsaxan Aşurov dəfn olunub [VIDEO]


İsaxan Aşurovun dəfn mərasimindən görüntülər
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00
Direct-ə keçid

İsaxan Aşurovun dəfn mərasimindən görüntülər

İsaxan Aşurovun vəsiyyətinə uyğun olaraq onun məzarı üstündə Ramiz Rövşənin «Qara paltarlı qadın» şeiri oxunub. Mərhumun əmisi oğlu Almaz Aşurovun oxuduğu şeir belə başlayır:

Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var...


İSAXAN AŞUROV DƏFN OLUNUB

İsaxan Aşurov Bolnisi rayonunun Faxralı kəndində dəfn edilib. Bu barədə AzadlıqRadiosunun həmin kəndə ezam olunmuş müxbiri xəbər verir.

Yas mərasimində ailəsinin və dostlarının İsaxan Aşurovla bağlı xatirələrini az sonra AzadlıqRadiosunun saytından izləyə biləcəksiniz.

YAS MƏRASİMİ DAVAM EDİR

İsaxan Aşurovun yas mərasimi doğulduğu Bolnisi rayonunun Faxralı kəndində davam edir. Mərasimdə 300-ə yaxın adam iştirak edir.

Mərasimdə İsaxan Aşurovun yaxın dostu, vəkil Elton Quliyev, FAR Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə, vətəndaş cəmiyyəti təmsilçiləri, jurnalistlər iştirak edir.

Faxralı kəndinin 220-yə yaxın yaşı var. Kənd əhalisi təxminən 7 min nəfərdir.
Faxralıdakı tarixi abidə olan məscidin 100-105 yaşı var.

Kənddə camaat əsasən maldarlıq və əkinçiliklə məşğul olur.

İSAXAN AŞUROVUN YARIMÇIQ QALAN OTAĞI

İsaxan Aşurovun oğlu Kənan Aşurov
İsaxan Aşurovun oğlu Kənan Aşurov
İsaxan Aşurov doğulduğu Faxralı kənd qəbiristanlığında, valideynlərinin yanında dəfn ediləcək. AzadlıqRadiosunun müxbiri dəfn mərasimindən qabaq onun ailə üzvləri ilə danışıb.

Son günlərində atasının yanında olan oğlu Kənan Aşurovun dediyinə görə, atası heç vaxt xəstəliyi barədə danışmayıb. Oğlu deyir:

«Atam son günə qədər nikbin olub, zarafatından da qalmayıb, deyib-gülürdü».

İsaxan Aşurov doğulduğu kəndi may ayının ortalarında tərk edib. Müalicəsi ilə bağlı əvvəlcə Almaniyaya, ordan da Amerikaya gedib.

O, xəstəliyi ilə bağlı Bakıdan Gürcüstana qayıdandan sonra həyətdə özü üçün ayrıca bir otaq tikməyə başlasa da xəstəliyi bu işi başa çatdırmağa imkan verməyib.

Ailə üzlərinin dediklərindən: «Həmin otaqda elektrik lampasından istifadə etməyəcəkdi. Otağı çıraqla işıqlandırmağı nəzərdə tuturdu. Bu işi yarımçıq qaldı. Bir də onun otağında stolun üstündə yarımçıq qalmış «Jacob's Creek» çaxırı var. Atam o çaxırı çox sevirdi. Həmişə o çaxırdan içirdi. Atam sonuncu dəfə müalicəyə gedəndə həmin çaxırdan bir stəkan içdi. Elə o vaxtdan yarımçıq çağır şüşəsi stolun üstündədir».

İSAXAN AŞUROVUN DƏFNİ

Uzun sürən xəstəlikdən sonra ABŞ-da xəstəxanada vəfat edən hüquqşünas, ictimai-siyasi xadim İsaxan Aşurov bu gün saat 16:00-da doğulduğu Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində dəfn olunacaq.

Dəfin mərasimində Azərbaycanın vətəndaş cəmiyyətinin tanınmış simalarının da iştirak edəcəyi gözlənilir.

Mərhumun yaxınlarının AzadlıqRadiosuna verdiyi məlumata görə, Bakıda cümə axşamı mərasiminin keçirilməsi də nəzərdə tutulub.

İsaxan Aşurov 2011-ci ildən ağır xəstəlikdən əziyyət çəkirdi. O, 2012-ci il iyunun 22-də ABŞ-da, müalicə aldığı xəstəxanada vəfat edib.
İSAXAN AŞUROVA HANSI VİDA SÖZÜN VAR? FORUMA GƏL

İsaxan Qara oğlu Aşurov 1955-ci il avqustun 1-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub. 1977-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə bitirib.

1984-89-cu illərdə isə SSRİ DİN-nin Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışıb.

1992-1993-cü illərdə Qazax rayon Polis Şöbəsinin rəisi işləyib.

İsaxan Aşurov 1993-cü il iyunun 4-də baş verən Gəncə hadisələrindən sonra həbs edilib. Onu hökumət qüvvələrinə qarşı vuruşan korpus komandiri Sürət Hüseynovun silahlı qüvvələri həbs edib. Ancaq İsaxan Aşurovun həbsi heç bir il çəkməyib. O, Müsavat partiyasına qayıdaraq siyasi fəaliyyətlə məşğul olub.

1996-cı ildən siyasətdən ayrılan İsaxan Aşurov peşəkar vəkil fəaliyyətinə keçib.
O, vəkil kimi məhkəmələrdə «OMON»çuların, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin, jurnalist Eynulla Fətullayevin, yazıçı publisist Rafiq Tağının, gənc bloqqerlər Adnan Hacızadə ilə Emin Millinin hüquqlarını müdafiə edib.

İsaxan Aşurov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi. Mərhumun 4 övladı var.

İsaxan Aşurovun qəbri üstündə oxunmasını arzuladığı Ramiz Rövşənin "Qara paltarlı qadın" adlı şeiri:

XS
SM
MD
LG