Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:40

Bakıda «Crans Montana» Forumu keçirilir


Arxiv foto
Arxiv foto
İyunun 28-dən iyulun 1-dək Bakıda «Crans Montana» Forumunun 23-cü sessiyası keçiriləcək. Tədbir Azərbaycan hökumətinin dəvəti ilə baş tutur. Tədbirə bir sıra ölkələrin birinci lediləri də qatılacaq.

«Qadın hüquqları insan hüquqlarıdır» devizi ilə keçirilən bu tədbiri «Crans Montana» Forumu, UNESCO və ISESCO birgə təşkil edir.

Tədbirin moderatoru vaxtilə CNN-də «Larry King Live» proqramının aparıcısı Larry King olacaq.

Çıxışçılar arasında Gürcüstanın birinci ledisi Sandra Roelofs, Gürcüstan prezidenti Mikheil Saakashvili'nin anası Giuli Alasania, eləcə də Nigerin birinci xanımı Aissata Issoufou Mahamadou, Makedoniyanın birinci ledisi Maja Ivanova, Çernoqoriyanın birinci ledisi Svetlana Vujanovic, Kenya Baş nazirinin həyat yoldaşı Ida Odinga'nın adları var.

FORUMDA MÜZAKİRƏ OLUNACAQ MÖVZULAR

«Crans Montana» Forumu qadın hüquqları ilə bağlı təşəbbüsləri dəstəkləyir. Forum bütün sahələrdə qadın-kişi bərabərliyinə çağırır.

Forumun rəsmi saytının məlumatına görə, tədbirdə Azərbaycanın Şərqi Avropanın enerji təminatında rolu, Yaxın Şərqdəki vəziyyət, islam ölkələrinin dünyaya inteqrasiyası, beynəlxalq korporativ siyasətdə etik qaydaların monitorinqinin aparılması da müzakirə olunacaq.

Forumun işində bir sıra ölkələrin dövlət və hökumət başçıları, Avropa, Mərkəzi Asiya, Amerika, Afrika, ərəb ölkələri və Uzaq Şərqdən biznesin nümayəndələri iştirak edirlər.

«Crans Montana» Forumu 1986-cı ildə İsveçrədə yaradılmış beynəlxalq təşkilatdır.

NƏQLİYYAT MƏHDUDLAŞDIRILIB

Bu arada forumun keçirildiyi günlər ərzində Bakının bir sıra mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

İyunun 28-i saat iyulun 2-dək Heydər Əliyev beynəlxalq hava limanından şəhər istiqamətinə, Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Rəsul Rza küçəsi, Neftçilər prospekti, «Azneft» meydanı, həmçinin Mərdəkan, Buzovna və Zuğulba şosesindən istifadəyə fasilələrlə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Bundan başqa «Azneft» dairəsindən Səngəçal, Qobustan qəsəbələrinə, hava limanından Qala Qoruğu istiqamətində də avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG