Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Avro 2012: İspaniya finalda...


İki günlük fasilədən sonra Avropa çempionatı davam edib... İyunun 27-də Ukrayna və Polşada keçirilən yarışda yarımfinal mərhələsində Portuqaliya və İspaniya milliləri qarşılaşıb.

11 metrlik cərimə zərbələrində Portuqaliya yığmasına 2 - 4 hesabıyla qalib gələn İspaniya millisi finala çıxıb...

İyulun 1-də Avro- 2012-nin finalında İspaniya Avropa çempionu titulunu qoruyacaq. Kiyevdə İspanlar sabah oynanılacaq Almaniya-İtaliya yarımfinalının qalibi ilə görüşəcəklər.

BİRİNCİ HİSSƏDƏ QAPILARA QOL VURULMAYIB

Türkiyəli hakimin idarə etdiyi oyunun ilk 10 dəqiqəsi ispanların üstünülüyü ilə keçib.

12-ci dəqiqədə ispanları əks hücumda yaxalayan Portuqaliya millisinin oyunçusu Ronaldo hesabı açmağa yaxın olub. Onun zərbəsini Iker Casillas dəf edib.

30-cu dəqiqədə Cristiano Ronaldo Avropa çempionatında 7-ci qolunu vurmağa yaxın olub. Onun qeyri dəqiq zərbəsi qapının azca kənarından keçib...

S. Ramos (40) və F. Coentraonun (45) sarı vərəqə gördüyü ilk 45 dəqiqə 0-0 hesabıyla bitib.

İKİNCİ HİSSƏDƏ DƏ AZARKEŞLƏR QOL GÖRMƏYİBLƏR

Oyunun ikinci hissəsi Portuqaliya yığmasının hücumlarıya keçib.

53-cü dəqiqədə İspanlar oyunçu dəyişikliyi ediblər. Alvaro Negredonu Cesc Fàbregas əvəzləyib.

56 və 58-ci dəqiqələrdə Cristiano Ronaldodan ötürmə alan Hugo Almeida topu qapı çərçivəsindən yuxarı vurub.

60-cı dəqiqədən etibarən oyunun sürəti aşağı düşməyə başlayıb. 73-cü dəqiqədə Cristiano Ronaldo vurduğu cərimə zərbəsi rəqib qapısının üstündən keçib.

84-cü dəqiqədə Cristiano Ronaldo daha bir qeyri dəqiq cərimə zərbəsi vurub.

Oyunun sonlarına yaxın ispanların əks hücumuyla yadda qalıb. İkinci hissədə daha çox qol vurmaq şansını itirən Ronaldo bu dəfə topu tribunalara vurub.

İkinci hissə də qolsuz bərabərliyiklə bitib. Əsas vaxtda hesab açılmadığıa görə komandalar əlavə vaxtda qalibi müəyyənləşdiriblər.

102-ci dəqiqədə İniesta Portuqaliyanın qapısı ağsında təhlükəli vəziyyət yaratsa da oyunda hesab açılmayıb.

Hesabın açılmadığı əlavə vaxt demək olar ki, ispanların üstünlüyü ilə yadda qalıb.

PENALTİLƏRDƏ QALİB MÜƏYYƏNLƏŞİB: İSPANİYA 4-2

11 metrlik zərbəni ilk ispanlar yerinə yetirib.

Topa yaxınlaşan Xabi Alonso hesabı aça bilməyib.

Daha sonra J. Moutinho uğursuz zərbəylə yadda qalıb.

A. Iniesta penaltini uğurlu yerinə yetirib 1-0

Pepe Portuqaliyanın bərabərlik qolunu vura bilib 1-1

G. Piqué komandasını irəli çıxara bilib 2-1

Nani hesabı bərabərləşdirə bilib 2-2

S. Ramos hesabı yenidən artıra bilib 3-2

Portuqaliyalı B. Alves penalti şansını qaçırıb. O topu qapı tirinə vurub.

İspaniya - Portuqaliya oyununda sonuncu, həlledici penaltini isə C. Fabregas vurub. 4-2

Bu oyunlar haqda sənin fikrin nədir?

EURO2012 FORUMUNA GƏL

Şərhlərini digər futbol azarkeşləri ilə bölüş

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG