Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Macarıstanda Şuşanın xatirə markası buraxılıb


Xatirə markası
Xatirə markası
Macarıstanda Şuşa şəhərinin işğalının 20 illiyi münasibəti ilə xatirə markası buraxıb. Marka üzərində Şuşanın yarıuçuq Gövhər ağa məscidinin minarəsi və qala divarları əks olunub.

Belə bir marka buraxmaq təşəbbüsü Azərbaycanın Macarıstandakı səfirliyindən gəlib. Səfirliyin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, markada Azərbaycan, macar və ingilis dillərində «Şuşa şəhərinin Ermənistan tərəfdən işğalının 20-ci ildönümü» sözləri yazılıb.

Markanın içərisinə qoyulan bukletdə isə Şuşa haqqında hər üç dildə qısa məlumat və tar-mar edilmiş şəhərin panoramı verilib.

Xatirə markası macar və digər Avropa ölkələrinin parlamentarlarına, siyasi və ictimai xadimlərə, mətbuat nümayəndələrinə göndərilib.

Markanın bir hissəsi isə filatelistlər arasında yayılacaq.
XS
SM
MD
LG