Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 15:34

Magistratura imtahanlarının ikinci mərhələsinin nəticələri açıqlanıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də ali təhsil müəssisələrinin magistraturalarına keçirdiyi qəbul imtahanlarının ikinci mərhələsinin nəticələrini açıqlayıb.

2012-ci il iyunun 27-dən 29-dək müsabiqə şərtlərini ödəyən bakalavrlar 2012 2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin məzmununu ilə bağlı bakalavrların müraciətlərinə iyunun 27-dən 29-a qədər TQDK-da yaradılan apelyasiya komissiyasında baxılacaq.
XS
SM
MD
LG