Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:20

Polisdə müəmmalı ölüm, yeni söküntü dalğası...


Mətbuat icmalı
Mətbuat icmalı
SUMQAYIT POLİSİNDƏ MÜƏMMALI ÖLÜM

«Azadlıq» qəzeti yazır ki, Sumqayıt polis idarəsinin 3-cü bölməsində müəmmalı ölüm baş verib. Qohumlarının qəzetə verdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Ataş Xudiyev bölmədə ölüb. Hadisə iyunun 26-da gecə saatlarında baş verib. Mərhumun qardaşı Nurəddin Xudiyev qəzetə bildirib ki, qardaşı mağazaların birində keşikçi olub. Həmin gecə də işə gedib.

«Polislər bizə deyir ki, guya o taksiyə minərək şəhəri gəzib. Taksi sürücüsü də post patrul xidmətinə yaxınlaşaraq deyib ki, bu adamın dediyi ünvanı tapa bilmirəm, həm də şikayət edib ki, Ataş onun pulunu vermir. Bundan sonra qardaşım bölməyə aparılıb. Bölmədə ürəyi tutub, polislər təcili yardım çağırıblar. Təcil yardım gələnə qədər qardaşım keçinib. Bunu polislər belə deyir. Lakin biz deyilənlərə inanmırıq». Nurəddin Xudiyüv qardaşının döyülərək öldürülməsindən şübhələnir. «Onun köynəyində qan ləkələri var. Meyitin bel hissəsində qara zolaq var».

UĞURLU İQTİSADİ SİYASƏTİN NƏTİCƏSİ...

«Yeni Azərbaycan» qəzeti prezident İlham Əliyevin Ali Hərbi Məktəbdə buraxılış mərasimindəki iştirakından yazır. İlham Əliyev mərasimdəki çıxışında bildirib ki, «müharibə şəraitində yaşayan ölkədə birinci növbədə ordu məsələlərinə diqqət göstərilməlidir və Azərbaycanda, bu, belədir. Son bir neçə il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artmışdır. Hazırda bu xərclər 3,6 milyard dollar səviyyəsindədir. Bu da Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, bu reallıqları bizim uğurlu iqtisadi siyasətimiz, iqtisadi islahatlarımız yaratmışdır. Ordu xərcləri bundan sonra da artacaqdır. Bu, əlbəttə ki, ordumuzun gücləndirilməsinə böyük dəstəkdir».

BAYILDA 200 EVIN SÖKÜLMƏSINƏ QƏRAR VERILDI

«Yeni Müsavat» qəzeti yazır ki, sürüşmə zonasındakı evlərin sakinlərinə rəsmi xəbərdarlıq gəlib. Sözügedən ərazidə gecəqondu tipli evlər salınıb. Siyahıya alınan 267 ev var. Sakinlər deyir ki, ən böyük problem evlərin qiymətləndirilməsinin düzgün aparılmamasıdır: «Zamanında 15 min manata tikdiyimiz evi 6 min manat dəyərində qiymətləndiriblər. 6 min manata biz necə ev alaq?» Sakinlər aidiyyatı orqanlara müraciət etdiklərini, ancaq onlarla maraqlanan olmadığını bildiriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG