Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:29

Xəmsə milli intellektual oyunu üzrə Azərbaycan çempionatı keçiriləcək


Xəmsə milli intellektual oyunu üzrə Azərbaycan çempionatı keçiriləcək. Çempionat iyul ayının 21-də Bakıda keçiriləcək. 16 komanda iştirak edəcək.

Çempionatda ilk iki yeri tutacaq komanda Azərbaycanı Batumidə keçiriləcək Qara Dəniz Kubokunda təmsil edəcək.

Bu barədə Xəzər İntellektual Klubundan məlumat verilib.

Xəmsə milli intellektual oyunu 2007-ci ildə yaradılıb. Hazırda Bakı, Sumqayıt, Gəncə, Göygöl, Ucar, Lənkəran, Şabran, Quba, Qax, Balakən və Naxçıvanda Xəmsə oyunu üzrə klublar fəaliyyət göstərir. Xəmsə milli intellektual oyunu bir çox beynəlxalq yarışların proqramına da daxildir.

Çempionat Azərbaycan İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə təşkil olunur.
XS
SM
MD
LG