Ötən cümə günü Azərbaycanda doqquz fəalın azadlığa buraxılması beynəlxalq ictimaiyyətin diqqətini bu ölkədə azad sözə basqıdan yayındırmamalıdır. Bu barədə Amnesty İnternational (Aİ) beynəlxalq hüquq müdafiə təşkilatı xəbərdarlıq edib.
«Biz doqquz fəalın azadlığa buraxılmasını alqışlayırıq, onlar heç vaxt dəmir barmaqlıq arxasına düşməməliydilər», bunu qurumun Avropa və Orta Asiya üzrə direktoru John Dalhuisen deyir.
TURAL ABBASLI HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIR
Aİ diqqəti ona yönəldir ki, həmin fəallar AŞPA-da Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatın qəbul olunmasından bir neçə gün əvvəl buraxılıblar.
«Amnesty İnternational Strasserin hesabatının qəbulunu alqışlayır və Azərbaycan hökumətini bu məsələnin həllində AŞPA ilə əməkdaşlığa çağırır», Dalhusein belə deyir.
Qurum həmçinin Müsavatın gənclər təşkilatının rəhbəri Tural Abbaslının iyulda hərbi xidmətə çağırılmasını onun fəaliyyətini dayandırmaq məqsədi güddüyünü bildirir.
QONDARMA İTTİHAMLAR LƏĞV OLUNSUN
Amnesty İnternational «Tolışi-sədo» qəzetinin redaktoru Hilal Məmmədovun narkotik maddə ittihamı ilə saxlanmasına diqqət yönəldir. «Yerli hüquq müdafiəçiləri şübhələnirlər ki, onun həbsinin bir səbəbi medianın talış azlığının haqlarına artan marağını boğmaqdır».
Hilal Məmmədova qarşı ittiham sübut olunsa o, 12 illik həbs cəzası ala bilər.
Amnesty İnternational Azərbaycan hakimiyyətini çağırır ki, jurnalistlər Anar Bayramlı və Ramin Bayramov, foto-reportyor Mehman Hüseynov, insan haqları müdafiəçiləri Oqtay Gülalıyev, Vidadi İsgəndərov və Tale Xasməmmədov, siyasi fəal Şahin Həsənliyə qarşı qondarma ittihamları ləğv etsin.
«Uzun müddət Azərbaycan hökumətinə imkan verilib ki, tənqidçilərini təqib etsin. AŞPA Azərbaycanda sərbəst toplaşma və ifadə azadlığına basqıları sərt şəkildə pisləməlidir», Dalhusein belə deyir.