Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:53

Misirdə daha hərbçilər mülki şəxsləri həbs edə bilməyəcək


Misir məhkəməsi hərbçilərə mülki vətəndaşları həbs eləmək hüququ verən hökumət qərarını ləğv edib. Qərar İyundakı prezident seçkisindən öncə Ordunun nəzarətindəki müvəqqəti hökumət tərəfindən verilmişdi.

Prezident seçkilərində isə Müsəlman Qardaşlığının namizədi Muhammad Morsi qalib gəlib. Seçkidə uduzan devrilmiş prezident Husni Mubarakın dövründə son Baş nazir Ahmad Shafiq iyunun 26-da qızları və nəvələri ilə birgə ölkəni tərk edib. Rəsmən onun dini ziyarət üçün Ərəb Əmirliyinə getdiyi bildirilib.
XS
SM
MD
LG