Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Parlamentdə qadınların çox olması hələ demokratiya deyil


Foto: Arxiv
Foto: Arxiv
Qadınlar dünya əhalisinin 50 faizdən çoxunu təşkil etsə də, onlar siyasi lider və ya seçilmiş məmur olaraq azlıqdadırlar.

Milli Demokratiya İnstitutu bu məsələni açıq şəkildə qaldırır:

«Əhalinin yarısı siyasi arenada təmsil olunmursa, demokratiyadan bütün vətəndaşlar yararlana bilməz».

Bu arqumentdə problem var, baxmayaraq ki, bunu dəstəkləməyə hər hansı dəlil yoxdur.

Kubada parlamentin 45 faizini qadınlar təşkil edir. Parlamentinin yarısı qadınlardan ibarət olan bir ölkədə heç də bütün vətəndaşlar demokratiyadan yararlana bilmir.

Azərbaycanda Milli Məclis üzvlərinin 16 faizi qadınlardır. Lakin onların hamısı iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvüdür ki, prezident İlham Əliyevin göndərdiyi hər sənədə sədaqətlə ştamp vururlar.

KƏMİYYƏT YOX, KEYFİYYƏT

Qərb dövlətləri və QHT-ləri hər il milyonlarla pul xərcləyirlər ki, qanunverici orqanlarda qadınların sayı artsın. Lakin parlamentdəki qadınları saymaq əslində sizə siyasi sistemin necə ədalətli, azad olduğunu göstərmir. Bu, yalnız parlamentdə qadınların sayını göstərir.

QHT-lər, o cümlədən donor hökumətlər yanlış olaraq parlamentdə qadınların sayının çoxalmasını hədəf seçirlər. Amma onun hansı partiyaya mənsub olması diqqətdən kənarda qalır. Məqsəd dünyada demokratik idarəetmədirsə, bu hədəf mənasızdır.

Misal üçün, Beynəlxalq Parlament İttifaqının (BPİ) parlamentdə gender bölgüsünə dair qlobal siyahısına baxaq: burdan qadınların partiya mənsubiyyəti gözümüz qarşısında canlanmır.

Ölkə Qadınlar (%)
Gürcüstan 6
Ukrayna 8
Ermənistan 10
Rusiya 13.6
Azərbaycan 16
Türkmənistan 16.8
Tacikistan 19
Özbəkistan 22
Qırğızıstan 23.3
Qazaxıstan 24.3
Belarus 31.8

Belarus qadınların təmsil olunması baxımından lider ölkədir. Eynilə QazaxıstanÖzbəkistan parlamentlərində nisbətən qadınların yeri çoxdur – ABŞ-dakı sayı da ötüb keçməkdədir. Bununla belə, bu faizlər hələ o ölkələrin siyasətində ədalət, bərabərlik, yaxud parlamentlərin icra hakimiyyətindən müstəqilliyi barədə heç nə demir.

FƏRQLİ MƏNZƏRƏ

Biz BPİ-nin statistikasını «Freedom House» təşkilatının «Dünyada Azadlıq» cədvəli ilə müqayisə etsək, tamamilə fərqli mənzərə alınır:

Ölkə Qadınlar (%) Freedom House
Gürcüstan 6 3.5
Ukrayna 8 3.5
Ermənistan 10 5
Rusiya 13.6 5.5
Azərbaycan 16 5.5
Türkmənistan 16.8 7
Tacikistan 19 5.5
Özbəkistan 22 7
Qırğızıstan 23.3 5
Qazaxıstan 24.3 5.5
Belarus 31.8 6.5

Belarus, QazaxıstanÖzbəkistan – qadınları parlamentdə çox olan ölkələr azadlıq baxımından ən pis qiymət alanlardır. Bu ölkələrdə icraedici hakimiyyətə nəzarət üçün müstəqil parlamentlər yoxdur.

GürcüstanUkrayna isə qadın deputatları çox olan qonşuları ilə müqayisədə daha azad hesab edilirlər. Baxmayaraq ki, siyasətdə qadınların sayı aşağıdır.

Hökumətdə gender bərabərliyi önəmli işdir, ancaq xalqın hakimiyyətdə real təmsilçiliyinin birinci göstəricisi deyil. Siyasi azadlıq və ədalətli idarəetməni gender məsələsinə qatmaq olmaz.

P.S. Joshua Foust Amerika Təhlükəsizlik Layihəsinin elmi əməkdaşıdır. O, PBS televiziyasında çalışır, Mərkəzi və Cənubi Asiya barədə bloq yazır.

Melinda Haring də Amerika Təhlükəsizlik Layihəsinin əməkdaşdır. O, Azərbaycan, Gürcüstan və Rusiyada demokratiya layihələrində çalışıb.
XS
SM
MD
LG