Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Azərbaycan ordusu - 94 il [Video]


Azərbaycan ordusu - 94 il
Gözlə

No media source currently available

0:00 0:54:40 0:00
Direct-ə keçid

Hərbi ekspert Azad İsazadə, Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Mərkəzinin rəhbəri Ələkbər Məmmədov və «Silahlı Qüvvələrə İctimai Nəzarət» Birliyinin sədri Emin Həsənli Azərbaycan ordusunun bu günündən danışırlar

-
«Azərbaycan ordusunda dağıdıcılığa səbəb olan, onu inkişafdan saxlayan problemlərin bazası korrupsiyadır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Mərkəzinin rəhbəri Ələkbər Məmmədov Azərbaycan ordusunun vəziyyətindən danışarkən deyib:

«İstər zabit heyəti, istər sıravi heyət olsun, vəziyyət psixoloji cəhətdən ağır olaraq qalır. Hər il qeyri-döyüş itkilərinin sayı müxtəlif səbəblərdən orta hesabla 80-90 nəfər təşkil edirsə, hansı inkişafdan danışmaq olar?».

Ələkbər Məmmədov
Ələkbər Məmmədov
Ə.Məmmədov iddia edir ki, ordudan fərariliyə yol verənlərin cəzalandırılması bu kimi halları azaltsa da, daha ağır nəticələr doğurur:

«Fərarilik edən hər hansı hərbçini araşdırma aparmadan həbs edirlər. Nəyə görə fərariliyi doğuran səbəblər kənarda qalır və buna səbəb olan insanlar cəzalandırılmır? Biz fərariliyin qarşısını almışıq, düzdür. Amma bu, öz həyatına qəsd etmək, təhqir olunanların təhqir edənləri qətlə yetirməsi kimi cinayətləri artırıb. Çünki bilirlər ki, fərarilik edə bilməyəcəklər, həbs olunacaqlar. Fərariliyi doğuran səbəbləri axtarmaq və onlarla mübarizə aparmaq lazımdır».

Ə.Məmmədov deyir ki, müstəqil QHT-lər və mətbuat tərəfindən orduya nəzarətin və faktların ortaya çıxarılmasının qarşısı alınır.

«Silahlı Qüvvələrə İctimai Nəzarət» Birliyinin sədri Emin Həsənli deyir ki, Azərbaycan müstəqilliyini istəməyən bəzi qüvvələr ordunu gözdən salmağa çalışırlar:

«İstənilən sahədə problem və nöqsan var. Amma bunlar nisbətlə ölçülməlidir. 3-5 il bundan öncəni analiz etməliyik, digər qonşu dövlətlərlə, dünyanın aparıcı dövlətləri ilə müqayisə etməliyik. Birdən birə hər şeyi qara görmək olmaz».

Emin Həsənli
Emin Həsənli
E.Həsənli ordunun təminatının zəif olması ilə bağlı deyilənlərlə razılaşmır. Deyir ki, ən ağır şəraitdə yerləşən hərbi hissələrdə belə təminat yüksək səviyyədədir, enerji təchizatı normaldır, kazarmalar təmir edilib.

Hərbi ekspert Azad İsazadə isə deyir ki, ordudakı nöqsanları gizlətməklə və yalan məlumat verməklə ictimaiyyəti çaşdırmaq olmaz:

«Mən də deyə bilərəm ki, Azərbaycan ordusunu istəməyən qüvvələr onu tərifləyir ki, onun zəif nöqtələrini düzəltməyək. Ağız dolusu NATO standartlarından danışıb sonra kazarmanın təmirindən danışmaqdansa, NATO standartlarından real nümunə gətirmək lazımdır. Müdafiə Nazirliyinin strukturu, Baş Qərargahın strukturu, Quru Qoşunlarının komandanlığı, orduya vətəndaş nəzarəti NATO standartlarına uyğun deyil. Kazarmanı təmir edib ordunun NATO standartlarına uyğundur demək, camaata yalan danışmaqdır».

A.İsazadə deyir ki, ordunu tərifləməyən və nöqsanları tənqid edən insanlar hərbi hissələrə buraxılmır.

Müzakirəni tam olaraq buradan dinlə:


XS
SM
MD
LG