Keçid linkləri

2024, 15 İyun, şənbə, Bakı vaxtı 18:08

Putin Fələstinə gedir


Rusiya prezidenti Vladimir Putin İsrailə səfərini Fələstin Milli Hakimiyyətinin yurisdiksiyası altında olan ərazilərə səfərilə yekunlaşdırır.

Putin Fələstin prezidenti Mahmud Abbas ilə danışıqlar aparacaq.

Putinin beynəlxalq əlaqələr üzrə köməkçisi Yuri Uşakov dünən Yerusəlimdə jurnalistlərə deyib ki, “danışıqlar İsrail-Fələstin arasında sülh nizamlanması perspektivlərini əhatə edəcək”.

Dünən Putin İsrail rəsmilərilə görüşdə Suriyadakı konflikt və İranın mübahisəli nüvə proqramı barədə də müzakirələr aparıb.

Fələstin səfərindən sonra o, İordaniyaya yola düşəcək.
XS
SM
MD
LG