Dərin yuxuya getmiş şəxs Fövqəladə Hallar Nazirliyi xilasedicilərinin çağırışına səbəb olub.
Nazirliyin rəsmi saytında verilən məlumata görə, iyunun 25-də Bakı şəhəri, Suraxanı rayonunda bir nəfərin mənzilində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə «112» xidmətinə məlumat daxil olub.
Mənzilin giriş qapısının dəfələrlə döyüldüyünə baxmayaraq içəridə qalan şəxs nə buna, nə də telefon zənglərinə reaksiya verib.
Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə qonşu eyvandan keçməklə daxil ola biliblər.
Mənzilə baxış keçirilərkən məlum olub ki, adı açıqlanmayan şəxs sadəcə yatır.